Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə gənclər arasında Qran-pri turniri təşkil olunacaq.
QELEBE.AZ xəbər verir ki, Dünya Cüdo Turuna daxil edilən yarış oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.
Turnirdə Azərbaycanı 17 cüdoçu təmsil edəcək. İdmançılarımızdan 10-u oğlan, 7-si isə qızdır.
Cüdoçularımız yarışda gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında mübarizə aparacaqlar.
Qran-pri turnirində ümumilikdə 19 ölkədən 234 cüdoçu qüvvəsini sınayacaq. Onlardan 147-si oğlan, 87-si isə qız idmançılardır.
Heyəti təqdim edirik:
Oğlanlar
-60 kq
Anar Quliyev
Məhəmməd Rüstəmli
-66 kq
Əhməd Rüstəmov
-73 kq
Səlim Sultanov
Özqan Quliyev
-81 kq
Məhəmməd Ağakişiyev
-90 kq
Əli Qazıməmmədov
-100 kq
Davud Namazlı
Canpolad Əliyev
+100 kq
Ramazan Əhmədov
Qızlar
-48 kq
Nərgiz Əhmədova
-52 kq
Aysun Məmmədova
Nuranə Hacızadə
-57 kq
Xədicə Qədəşova
Vüsalə Hacıyeva
-63 kq
Hanna Zaytseva
Nilgün Rzayeva