Qelebə.az / Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Dünən, 18:57

Azərbaycan idmanının, xüsusilə də güləş məktəbinin inkişafında müstəsna xidmətləri olan görkəmli idman xadimi Firuddin Qurbanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra yubilyarın həyat və idman yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Azərbaycan Güləş Federasiyasının komitə sədri Elçin Cəfərov və idman veteranları çıxış edərək yubilyarın idmana verdiyi töhfələrdən, Azərbaycanın idman inkişafındakı rolundan danışıblar.

Sonda Firuddin Qurbanov çıxış edərək şəxsi xatirələrini bölüşüb, yetirmələrinə, dostlarına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib

Geri qayıt