Qelebə.az / Azərbaycan Türk Dövlətləri Təşkilatının Bişkekdəki idman toplantısında təmsil olunub

Azərbaycan Türk Dövlətləri Təşkilatının Bişkekdəki idman toplantısında təmsil olunub

Dünən, 19:38

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin gənclər və idmana məsul nazirlərinin onuncu yubiley iclası, eləcə də məsul ekspertlərin onuncu görüşü keçirilib.

QELEBE.AZ xəbər verir ki, oktyabrın 20-21-də baş tutan tədbirdə Azərbaycanı gənclər və idman nazirinin müavini İndira Hacıyeva təmsil edib.

İclasda çıxış edən nazir müavini ölkəmizdə gənclər və idman sahəsində həyata keçirilən işlər barədə məlumat verib.

Toplantıda türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi, birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi, həmçinin qarşıdakı dövr üçün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Çıxışlarda “Bakı - 2026 İdman Paytaxtı” çərçivəsində türk dünyasından olan gənclərin və idmançıların Azərbaycanda təşkil ediləcək tədbirlərdə fəal iştirakının əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir çərçivəsində İndira Hacıyeva Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev, həmçinin ölkənin Nazirlər Kabineti yanında Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyinin direktoru Urmat Asanbayevlə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı gənclər və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Geri qayıt