“Roma” ciddi itki ilə üzləşib.
QELEBE.AZ xəbər verir ki, komandanın kapitanı Lorenzo Pelleqrini zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi sağ bud nahiyəsində zədə alıb. Onun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Pelleqrini UEFA Çempionlar Liqasında “Slovan Bratislava”ya qarşı keçirilən və “Roma”nın qələbəsi ilə başa çatan matçda zədələnib.