Qelebə.az / Oliver Kan: “Harri Keyn "Qızıl top"a layiqdir”

Oliver Kan: “Harri Keyn "Qızıl top"a layiqdir”

Bu gün, 15:35

“Bavariya”nın sabiq qapıçısı Oliver Kan Münhen klubunun hücumçusu Harri Keynin “Qızıl top”u qazanmaq şanslarını dəyərləndirib.

QELEBE.AZ xəbər verir ki, almaniyalı veteran futbolçu ingiltərəli forvardın nüfuzlu mükafata layiq olduğunu bildirib:

“Məncə, Harri Keyn bu mükafata layiqdir. İlk növbədə, vurduğu qolların sayına görə. Amma o, təkcə bombardir deyil, həm də qol ötürmələrinin ustasıdır.

O, əsl liderdir və komanda yoldaşlarının rahatlıqla qəbul etdiyi liderdir. Komandada heç kim onun əsəblərə toxunduğunu və ya daim hamıya təzyiq göstərdiyini düşünmür. Bu da çox vacibdir.

Çempionlar Liqasının yarımfinalına, dünya çempionatının yarımfinalına qədər irəliləyib və bu uğurlarda mühüm rol oynayıb.

Əlbəttə, başa düşürəm ki, “Qızıl top” təqdim edilərkən çox vaxt Çempionlar Liqasını və ya dünya çempionatını qazanan futbolçulara üstünlük verilir.

Amma ümumi mənzərəyə baxsaq və yalnız qazanılan titulları nəzərə almasaq, məncə, Keyn bu mükafata tamamilə layiqdir”.

Geri qayıt