Azərbaycan Basketbol Liqasında IV turun oyunlarına start verilib.
QELEBE.AZ xəbər verir ki, turun açılış matçında son ölkə çempionu “Sabah” “Naxçıvan”la üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşma “Naxçıvan”ın 88:83 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında IV tura oktyabrın 25-də yekun vurulacaq.