Qelebə.az / Avropa çempionatı: Veteranlarımızdan daha 2 medal

Avropa çempionatı: Veteranlarımızdan daha 2 medal

Bu gün, 09:50

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.

Apasport.az xəbər verir ki, M4 yaş kateqoriyasında Elşən Kərimov (-60 kq), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (-60 kq) gümüş medala sahib olublar.

Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli M8 yaş kateqoriyasında -90 kq çəki dərəcəsində qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.

Geri qayıt