“Qalatasaray”ın qapıçısı Jankat Yılmaz karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Lill” 22 yaşlı qolkiperin xidmətində maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, Liqa 1 klubu türkiyəli qapıçı ilə danışıqlara başlayıb.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Yılmaz bu mövsüm bir oyunda meydana çıxıb və qapısından iki top buraxıb. O, Türkiyənin U-21 yığmasının da üzvüdür.