İspaniya La Liqasında X turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, Madrid “Atletiko”su doğma meydanda “Deportivo”nu qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün taleyini həll edən yeganə qolu 48-ci dəqiqədə Xulian Alvarez vurub. Argentinalı hücumçu Alexandro Qrimaldonun ötürməsini dəqiq tamamlayıb.
Bununla da 26 yaşlı futbolçu La Liqada təxminən 8 ay davam edən qol həsrətinə son qoyub. Alvarez sonuncu dəfə fevralın 28-də “Real Oviedo” ilə səfər qarşılaşmasında (1:0) fərqlənmişdi.
Qeyd edək ki, Dieqo Simeonenin rəhbərlik etdiyi “Atletiko” bu qələbə sayəsində xal ehtiyatını 25-ə çatdırıb.