“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, “ağ-qaralar” H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa”nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, əvvəlki altı matçda cəmi bir qələbə qazanan “Neftçi” beş dəfə məğlub olub. Paytaxt təmsilçisi 7 xalla H qrupunun sonuncu pilləsində qərarlaşıb.