Qelebə.az / “Sabah”ın Çempionlar Liqasındakı rəqibində ciddi itki

“Sabah”ın Çempionlar Liqasındakı rəqibində ciddi itki

Bu gün, 16:53

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın rəqiblərindən olan İspaniyanın “Vilyarreal” klubunun heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın kanadalı yarımmüdafiəçisi Natan Saliba əməliyyat olunacaq.

Ötən cümə günü məşq zamanı sol topuğunun bağından zədələnən futbolçunun Madriddə cərrahi müdaxiləyə məruz qalacağı bildirilib.

Salibanın yaşıl meydanlara qayıdacağı dəqiq tarix bəlli olmasa da, onun təxminən üç ay futboldan kənarda qalacağı gözlənilir.

Yarımmüdafiəçi Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Sabah”a qarşı keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, “Vilyarreal” – “Sabah” qarşılaşması dekabrın 8-də İspaniyada baş tutacaq.

Geri qayıt