Qelebə.az / Yuri Maksimov: “Problemlərimiz var”

Yuri Maksimov: “Problemlərimiz var”

Bu gün, 22:48

Misli Premyer Liqasının XIII turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırıb.

QELEBE.AZ xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

"Çempionlar Liqasında mübarizə aparan komandaya qarşı oynamaq xoşdur. Bilirdik ki, çətin qarşılaşma olacaq. Problemlərimiz var. Komandamız hələ komplektləşməyib, heyətdə itkilərimiz var. Futbolçular meydanda əllərindən gələni etməyə çalışdılar".

– “Araz-Naxçıvan” nə vaxt qələbə qazanacaq? 
– Biz də bunu istəyirik.

– Qış fasiləsində nə qədər transferə ehtiyac var?
– Konkret say deyə bilmirəm. Hər bir halda, nəsə etməyə çalışacağıq.

– Növbəti iki oyun da çempionluq uğrunda mübarizə aparan komandalar qarşı olacaq. Həmin matçlarda hədəfiniz nədir? 
– Meydana çıxıb oyunumuzu oynayacağıq. Futbol elədir ki, bəzən alınır, bəzən alınmır.

Geri qayıt