Qelebə.az / "Real Madrid"in baş məşqçisi ilə klub prezidenti arasında gərginlik yaşanıb

"Real Madrid"in baş məşqçisi ilə klub prezidenti arasında gərginlik yaşanıb

6-03-2023, 15:46

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Pereslə komandanın baş məşqçisi Karlo Ançelotti arasında gərginlik yaşanıb.

"QELEBE.AZ" "Relevo" nəşrinə istinadən xəbər verir ki, hadisə paytaxt təmsilçisinin "Betis"lə qolsuz heç-heçə etdiyi XXIV tur oyunundan sonra baş verib.

Peres 64 yaşlı mütəxəssisin əvvəlki turda Madrid "Atletiko"su ilə 1:1 hesablı bərabərə qaldığı matçdakı heyət seçiminə qəzəblənib. Klub rəhbəri Ançelottidən hansı səbəbə görə ən yaxşı "11-liy"i meydana buraxmadığını soruşub. Təcrübəli baş məşqçi sıx qrafikə görə rotasiya etməli olduğunu bildirib.

Qeyd edək ki, lider "Barselona"dan 9 xal az toplayan "Real Madrid" hazırda 53 xalla ikinci pillədə qərarlaşıb.

Geri qayıt