Qelebə.az / "Bavariya"nın hücumçusu Roy Makayın nailiyyətini təkrarlayıb

"Bavariya"nın hücumçusu Roy Makayın nailiyyətini təkrarlayıb

9-03-2023, 12:41

"Bavariya"nın futbolçusu Erik Şupo-Motinq UEFA Çempionlar Liqasında Almaniya klubunun sabiq forvardı Roy Makayın nailiyyətini təkrarlayıb.

"QELEBE.AZ"un məlumatına görə, 34 yaşlı hücumçu buna Fransa PSJ-sinə 2:0 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab matçında fərqlənməklə nail olub.

Kamerunlu oyunçu qitənin bir nömrəli klub turnirində start heyətdə meydana çıxdığı ardıcıl dördüncü matçda rəqib qapılarına yol tapıb. Daha əvvəl bunu 2003/2004 mövsümündə Roy Makay gerçəkləşdirib.

Qeyd edək ki, komandalar arasındakı ilk oyunda Fransada Paris təmsilçisini 1:0 hesabı ilə üstələyən "Bavariya" 1/4 finala yüksəlib.

Geri qayıt