Qelebə.az / UEFA Avropa Liqası: “Fənərbağça” səfərdə uduzub, “Mançester Yunayted” darmadağına sevinib - YENİLƏNİB

UEFA Avropa Liqası: “Fənərbağça” səfərdə uduzub, “Mançester Yunayted” darmadağına sevinib - YENİLƏNİB

10-03-2023, 02:13

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, İngiltərə təmsilçisi "Mançester Yunayted" evdə İspaniya "Betis"ini darmadağın edib – 4:1.

"Yuventus" isə Almaniya "Frayburq"u ilə qarşılaşmada tək qola sevinib.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Fənərbağça" isə İspaniyada "Sevilya" ilə bacarmayıb – 0:2.

UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
10 mart

00:00. "Sevilya" (İspaniya) - "Fənərbağça" (Türkiyə) – 2:0

00:00. "Yuventus" (İtaliya) - "Frayburq" (Almaniya) – 1:0

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Betis" (İspaniya) – 4:1

00:00. "Şaxtyor" Donetsk (Ukrayna) - "Feyenoord" (Niderland) – 1:1

Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək.

00:04

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk olaraq 4 qarşılaşma baş tutub.

İngiltərə təmsilçilərindən "Arsenal" Portuqaliyada "Sportinq"in qonağı olub. Görüş qollu bərabərliklə yekunlaşıb – 2:2.

"Roma" İtaliyada İspaniya "Real Sosyedad"ını qələbəyə həsrət qoyub – 2:0.

"Bayer" Leverkuzen (Almaniya) - "Ferentsvaroş" (Macarıstan) matçında da meydan sahibləri eynihesablı qalibiyyətə seviniblər.

“Union”ların qarşılaşmasında isə tərəflər hərəyə 3 qol vuraraq sülhə razılaşıblar.

UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart

21:45. “Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə) - 2:2
Qollar:
Q.İnasiu, 36, Paulinyo, 55 - V.Saliba, 22, H.Morita, 62 (avtoqol)

21:45. “Roma” (İtaliya) - “Real Sosyedad” (İspaniya) – 2:0
Qollar:
S.El Şaravi, 13, M.Kumbulla, 87

21:45. “Bayer” (Leverkuzen, Almaniya) - “Ferentsvaroş” (Macarıstan) - 2:0
Qollar:
K.Demirbay, 10, E.Tabsoba, 86

21:45. “Union” (Berlin, Almaniya) - “Union” (Belçika) - 3:3
Qollar:
Y.Yuranovuç, 42, R.Noçe, 69, S.Miçel, 89 - V.Bonifase, 28, 72, Y.Vertessn, 5

Geri qayıt