Qelebə.az / Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub

15-03-2023, 20:26

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib.

Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.

Geri qayıt