Qelebə.az / Canni İnfantino yenidən FIFA prezidenti seçilib

Canni İnfantino yenidən FIFA prezidenti seçilib

16-03-2023, 13:04

Canni İnfantino yenidən FIFA prezidenti seçilib.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresdə isveçrəli futbol funksionerinin növbəti dörd il üçün prezidentliyi təsdiqlənib. İnfantino seçkiyə yeganə namizəd kimi qatılıb. O, 2027-ci ilədək postunda qalacaq.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini icra edir.

Geri qayıt