Qelebə.az / "Qalatasaray"ın millinin heyətindən kənarlaşdırılan oyunçusu Bakıya gətirilməyəcək

"Qalatasaray"ın millinin heyətindən kənarlaşdırılan oyunçusu Bakıya gətirilməyəcək

24-03-2023, 10:08

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Abdülkerim Bardakçı "Qarabağ"a qarşı yoldaşıq oyununda iştirak etməyəcək.

"QELEBE.AZ" "Takvim"ə istinadən xəbər verir ki, müalicəsi başa çatsa da, 29 yaşlı müdafiəçi Bakıya gətirilməyəcək.

Bardakçının aprelin 1-də Superliqanın XXVII turunda "Adana Demirspor"la matçda meydana çıxacağı gözlənilir.

Oyunçu Türkiyə millisinə çağırılsa da, şiddətli baş ağrıları səbəbindən heyətdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Geri qayıt