Qelebə.az / Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxıb

Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxıb

27-03-2023, 22:48

Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətində yubiley oyununa çıxıb.

“QELEBE.AZ”un məlumatına görə, “Qarabağ”ın müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveçlə səfər oyununda start heyətində yer almaqla buna nail olub.

Stokholmdakı qarşılaşmanın ilk “11-liy”ində yer alan 23 yaşlı sol cinah müdafiəçisi yığmada 10-cu qarşılaşmasına çıxıb.

Qeyd edək ki, 2021-ci ilin martında Azərbaycan millisində debüt edən Elvin Cəfərquliyev ötən ilin noyabrında Şimali Makedoniya (3:1) ilə yoldaşlıq görüşündə qol vurub.

Geri qayıt