Qelebə.az / "Qarabağ"ın legioneri: "Belə matçlar insanın həyatında dərin izlər buraxır"

"Qarabağ"ın legioneri: "Belə matçlar insanın həyatında dərin izlər buraxır"

8-04-2023, 15:10

"Belə matçlar insanın həyatında dərin izlər buraxır".

Bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Julio Romao Bakıda Türkiyə "Qalatasaray"ına 1:2 hesabı ilə uduzduqları xeyriyyə oyunu barədə danışarkən deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, həmin gecə Bakı Olimpiya Stadionundakı abu-hava həqiqətən möhtəşəm, unudulmaz olub: "Xoşbəxtəm ki, gözəl arenada və möhtəşəm azarkeşlər qarşısında böyük kluba qarşı oynamaq imkanı qazandım. Bu cür görüşləri hər zaman xatırlayacağam".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Geri qayıt