Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.
"QELEBE.AZ"un məlumatına görə, beşinci qarşılaşma Lirenin qələbəsi ilə yekunlaşıb.
31 yaşlı qrossmeyster ağ fiqurlarla 44-cü gedişdə rəqibi təslim olmağa məcbur edib. Liren bu qələbədən sonra ümumi hesabı bərabərləşdirib - 3:3.
Qeyd edək ki, şahmatçılar arasında 1 və 3-cü qarşılaşmalarda bərabərlik qeydə alınıbsa, 2 və 5-ci görüşlərdə rusiyalı, digər turlarda isə çinli iti zəka sahibi qalib gəlib.