Azərbaycan güllə atıcısı Ruslan Lunyov Perunun paytaxtı Limada keçirilən Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) Dünya kubokundan bürünc medal qazanıb.
“QELEBE.AZ”un məlumatına görə, o, kiçikçaplı pnevmatik tapançadan 25 m məsafəyə sürətli atəş açmada üçüncü olub.
Qeyd edək ki, yarışın qalibi adını fransalı Klemen Besua qazanıb. Gümüş medalı isə çexiyalı Matey Rampula əldə edib.