Qelebə.az / Voleybol üzrə Azərbaycan Yüksək Liqalarının qalibləri mükafatlandırılıb

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarının qalibləri mükafatlandırılıb

20-04-2023, 18:23

Kişi və qadınlardan ibarət voleybol üzrə Azərbaycan Yüksək Liqalarının qalibləri mükafatlandırılıb.

"QELEBE.AZ" xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidentlər Faiq Qarayevlə Bəhruz Quliyev, qurumun baş katibi Faiq Orucov və İdarə Heyətinin üzvləri Elqar Bağırov, İlqar Nuriyev və nəzarət təftiş komissiyasının sədri Nazim Axundov iştirak ediblər.

Qadınların yarışında “Azərreyl” qızıl, "Abşeron" gümüş, "Murov" isə bürünc medala layiq görülüb.

Kişilərin yarışında isə "Murov", Xarı bülbül" və "Neftçi" müvafiq medalları alıblar.

Qadınlardan "Abşeron"un üzvü Valeri Kondratyev "ən yaxşı toppaylayıcı", "Azərreyl"dən Tatsiana Trafimova "ən yaxşı hücumçu", "Abşeron"dan Bəyaz Quliyeva "ən yaxşı libero", kişilərdə isə "Murov"dan Vladislav Kunçebko "ən yaxşı hücumçu, onun komanda yoldaşı Kənan Allahverdiyev "ən yaxşı libero", "Xarı bülbül"dən İlqar İmamquliyev "ən yaxşı toppaylayıcı", "Neftçi"dən isə Tural Həsənli "ən yaxşı oyunçu" nominasiyasında fərqləndirilib.

Geri qayıt