Qelebə.az / Çempionlar Liqasında bir rəqibə qarşı ən çox oyun keçirən futbolçular açıqlanıb

Çempionlar Liqasında bir rəqibə qarşı ən çox oyun keçirən futbolçular açıqlanıb

22-04-2023, 10:56

UEFA Çempionlar Liqasında bir rəqibə qarşı ən çox oyun keçirən futbolçular müəyyənləşib.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son olaraq İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Tyaqo Silva rekorda şərik olub.

"Real Madrid"ə qarşı 1/4 final mərhələsinin cavab matçında meydana çıxan 39 yaşlı oyunçu ispaniyalı sabiq qapıçı İker Kasilyasa çatıb.

Silva Madrid təmsilçisi ilə görüşlərdə, keçmiş qolkiper isə Almaniya "Bavariya"sı ilə qarşılaşmalarda 14 dəfə meydanda olub.

Futbolçu Ölkəsi Rəqib Oyun sayı Çıxış etdiyi komandalar Müddət
İker Kasilyas İspaniya "Bavariya" 14 "Real Madrid" 1999-2012
Tyaqo Silva Braziliya "Real Madrid" 14 "Milan" 3, PSJ 5, "Çelsi" 6 2009-2023
Hasan Salihamidziç Bosniya və Herseqovina "Real Madrid" 13 "Bavariya" 12, "Yuventus" 1 1999-2008
Oliver Kan Almaniya "Real Madrid" 12 "Bavariya" 12 1999-2007
Raul Qonsales İspaniya "Bavariya" 12 "Real Madrid" 12 1999-2007
Viktor Valdes İspaniya "Milan" 12 "Barselona" 12 2004-2013
Iker Casillas İspaniya "Yuventus" 12 "Real Madrid" 10, "Portu" 2 2003-2017
Kriştianu Ronaldu Portuqaliya "Lion" 12 "Mançester Yunayted" 4, "Real Madrid" 6, "Yuventus" 2 2004-2020
Kriştianu Ronaldu Portuqaliya "Atletiko" (Madrid) 12 "Real Madrid" 6, "Yuventus 4, "Mançester Yunayted" 2 2014-2022
Geri qayıt