Qelebə.az / Əfsanəvi argentinalı futbolçu Azərbaycana gəlir

Əfsanəvi argentinalı futbolçu Azərbaycana gəlir

24-04-2023, 15:43

Əfsanəvi argentinalı futbolçu Xavyer Zanetti Azərbaycana səfər edəcək.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə sabiq müdafiəçi özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

Hazırda İtaliyanın “İnter” klubunun vitse-prezidenti vəzifəsini yerinə yetirən 50 yaşlı mütəxəssis paylaşımında səfərdə məqsədinin Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək olduğunu yazıb.

Qeyd edək ki, Xavyer Zanetti 1995-2014-cü illərdə “İnter”in şərəfini qoruyub.

Geri qayıt