Qelebə.az / Premyer Liqa: "Mançester Siti" Qvardiolanın başçılığı altında "Arsenal"a uduzmayıb

Premyer Liqa: "Mançester Siti" Qvardiolanın başçılığı altında "Arsenal"a uduzmayıb

26-04-2023, 20:27

"Mançester Siti" Xosep Qvardiolanın başçılığı altında İngiltərə Premyer Liqasında "Arsenal"a uduzmayıb.

"QELEBE.AZ" xəbər verir ki, komandalar arasında bunadək baş tutmuş 13 çempionat matçının 12-si "şəhərlilər"in xeyrinə başa çatıb. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb.

İspaniyalı mütəxəssis 2016-cı ilin yayından Mançester təmsilçisinin sükanı arxasındadır.

Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın XXXIII turunda bu gün "Arsenal"ı qəbul edəcək. Hazırda London təmsilçisi 75 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 oyun az keçirən "şəhərlilər" isə 70 xalla 2-ci sırada qərarlaşıb.

Geri qayıt