Qelebə.az / “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Türkiyə yığması Ukraynaya məğlub olub

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Türkiyə yığması Ukraynaya məğlub olub

2-05-2023, 12:44

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.

“Report”un məlumatına görə, B qrupunda yer alan Türkiyə ilə Ukrayna yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

Beş qolun vurulduğu görüşdə Ukrayna millisi 3:2 hesablı qələbə qazanıb. Ukraynanın heyətində Viktor Aronovski (27-ci dəqiqə), Yuri Adiş (41) və Mikola Kodatski (43) fərqləniblər. Türkiyə millisində isə Esat Karadeniz 29-cu və Erdem Eriş 44-cü dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, bir gün əvvəl Qazaxıstana məğlub olan Ukrayna seçməsi (0:1) turnirdə ilk qalibiyyətini qazanıb.

Qeyd edək ki, bu gün B qrupu çərçivəsində Qazaxıstan – CAR və Türkiyə - Fransa matçları olacaq. A qrupunda isə İtaliya – Gürcüstan, Serbiya – Çexiya və Azərbaycan – İtaliya görüşləri keçiriləcək.

Geri qayıt