Qelebə.az / “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Türkiyə yığması 10 qolla qalib gəlib

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Türkiyə yığması 10 qolla qalib gəlib

4-05-2023, 16:38

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.

“Report”un məlumatına görə, B qrupunda yer alan Türkiyə ilə CAR yığmaları Bakı Tennis Akademiyasında IV tur matçında üz-üzə gəliblər.

Afrikalılar ilk üç matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar. Onlar Türkiyənin 10 qoluna cəmi 2 topla qarşılıq verə biliblər – 2:10. Bu qələbə ilə xallarının sayını 6-ya çatdıran Türkiyə yığması qrupu üçüncü pillədə başa vurmaq üçün hazırda davam edən digər görüşdə Fransanın Qazaxıstana qalib gəlməsinə ümid etməlidir.

Qeyd edək ki, bu gün A qrupu çərçivəsində İtaliya – Çexiya və Azərbaycan – Serbiya görüşləri olacaq.

Geri qayıt