Qelebə.az / “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turnirində medalçılar bəlli olacaq

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turnirində medalçılar bəlli olacaq

6-05-2023, 10:16

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinə bu gün yekun vurulacaq.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan millisi üçüncü yer uğrunda oyunda Qazaxıstan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da başlayacaq.

Finalda Serbiya və Çexiya seçmələri münasibətlərə aydınlıq gətirəcəklər. Həmin matç isə saat 20:30-da start götürəcək.

Geri qayıt