Qelebə.az / Azərbaycan taekvondoçularımız dünya çempionatına son hazırlığı Şamaxıda keçir

Azərbaycan taekvondoçularımız dünya çempionatına son hazırlığı Şamaxıda keçir

10-05-2023, 15:18

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatına son hazırlıqlar üçün Şamaxıya yollanıb.

QELEBE.AZ saytının məlumatına görə, baş məşqçi Reza Mehmandostun rəhbərlik etdiyi yığma rayonun Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçir.

Hazırlığa ölkəmizi mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatında təmsil edəcək taekvondoçular qatılıb.

Toplanışın gedişatı ilə yerində tanış olmaq üçün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və İdarə Heyətinin üzvü Vüqar Məmmədov da Şamaxıya yollanıblar. Komanda ilə görüşən rəhbərlik onlara doğma divarlar arasında keçiriləcək mundialda böyük ümidlər bəsləndiyini bildiriblər.

Geri qayıt