Qelebə.az / Azərbaycanın iki boksçusu bu gün dünya çempionatında finala yüksələ bilər

Azərbaycanın iki boksçusu bu gün dünya çempionatında finala yüksələ bilər

12-05-2023, 09:48

Bu gün Azərbaycanın iki boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxacaq.

"QELEBE.AZ"un məlumatına görə, Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Dominges həlledici qarşılaşmaya vəsiqə uğrunda Georgi Kuşitaşvili (Gürcüstan) üz-üzə gələcək. Abdullayev bu raundda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Geri qayıt