Azərbaycan boksçusu Məhəmməd Abdullayev Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, 92 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı finala gedən yolda Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Abdullayev mundialı bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatı olub.
Qeyd edək ki, daha əvvəl Alfonso Dominqes yarımfinalda gürcüstanlı Georgi Kuşitaşvilini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçısı həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Qarşılaşma mayın 14-də olacaq.
Azərbaycan millisinin boksçusu Alfonso Dominges Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib.
"QELEBE.AZ" xəbər verir ki, 86 kq çəki dərəcəsində rinqə çıxan olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb.
O, hər 3 raundu xeyrinə bitirib. Dominges yekunda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Dünya çempionu final döyüşünə mayın 14-də çıxacaq.
Qeyd edək ki, axşam saatlarında millinin daha bir boksçusu – Məhəmməd Abdullayev (+92 kq) də yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.