Qelebə.az / Rusiya və Belarus idmançılarının Avropa Oyunlarında iştirakına icazə verilməyib

Rusiya və Belarus idmançılarının Avropa Oyunlarında iştirakına icazə verilməyib

16-05-2023, 21:30

Rusiya və Belarus idmançılarının 2023-cü il Avropa Oyunlarında iştirakına icazə verilməyib.

APA-nın xəbərinə görə, bu barədə TASS Avropa Olimpiya Komitələrinin (AOK) nümayəndəsinə istinadən məlumat yayıb.

"Rusiya və Belarus idmançıları 2023-cü ildə keçiriləcək Avropa Oyunlarında heç bir şəkildə yarışmayacaqlar", - AOK-un bəyanatında deyilir.

Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək.

Geri qayıt