Qelebə.az / Azərbaycan və Niderland Aykido Federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanacaq

Azərbaycan və Niderland Aykido Federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanacaq

17-05-2023, 12:12

Niderland Aykido Federasiyası ilə Azərbaycan Aykido Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanacaq.

"Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Beynəlxalq Aykido Federasiyasının sədri Vilko Vrisman mətbuat konfransında deyib.

O, həmçinin, Niderland Aykido Federasiyasının da rəhbəri olduğunu diqqətə çatdırıb.

Vrisman azərbaycanlı həmkarı İlham Quliyevlə bu idman növünün ölkədə inkişaf yolları barədə müzakirələr aparacaqlarını söyləyib.

Geri qayıt