Qelebə.az / "Liverpul" 4 futbolçu ilə vidalaşacağını açıqlayıb

"Liverpul" 4 futbolçu ilə vidalaşacağını açıqlayıb

17-05-2023, 20:28

İngiltərə "Liverpul"u cari mövsümün sonunda 4 futbolçusu ilə vidalaşacağını açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Roberto Firmino, Nəbi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenlə yollarını ayıracaq.

Sözügedən oyunların başa çatan müqavilələri yenilənməyəcək.

Qeyd edək ki, Firmino və Milner 2015-ci, Çemberlen 2017-ci, Keyta isə 2018-ci ildən "Liverpul"da çıxış edir.

Geri qayıt