Qelebə.az / Azərbaycan millisi yoldaşlıq görüşü üçün rəqib axtarır

Azərbaycan millisi yoldaşlıq görüşü üçün rəqib axtarır

18-05-2023, 14:00

Futbol üzrə Azərbaycan millisi iyunda yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarır.

Bu barədə “QELEBE.AZ”a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Milli assosiasiya rəsmisi bildirib ki, məsələ ilə bağlı müxtəlif federasiyalarla danışıqlar aparılır: “Amma hələlik yekun qərar yoxdur”.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi iyunun 17-də Estoniya seçməsini “Dalğa Arena”da qəbul edəcək.

Geri qayıt