İsveçrədə "Bazel" və İtaliya "Fiorentina"sı arasında keçirilən UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunu yarımçıq dayandırılıb.
"Report"un məlumatına görə, buna tribunada matçı izləyən qonaq komandanın azarkeşlərindən birinin halının pisləşməsi səbəb olub.
Görüşün ispaniyalı baş hakimi Xose Mariya Sançes 110-cu dəqiqədə məcburi fasilə elan edib. Fanat ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
Təqribən 9 dəqiqədən sonra referi oyunu bərpa edib.
Qeyd edək ki, hazırda görüşdə əlavə vaxt oynanılır və hesab "Fiorentina"nın xeyrinədir - 2:1. İlk matçda "Bazel" eyni hesabla qalib gəlmişdi.