Qelebə.az / Onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış baş məşqçi reanimasiyaya yerləşdirilib

Onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış baş məşqçi reanimasiyaya yerləşdirilib

19-05-2023, 22:16

Türkiyənin "Beşiktaş" və "Fənərbağça" komandalarının sabiq baş məşqçisi Kristof Daum reanimasiyaya yerləşdirilib.

"QELEBE.AZ"un Almaniya mətbuatına istinadən məlumatına görə, onkoloji xəstəlikdən əziyyət çəkən 70 yaşlı mütəxəssis ABŞ-ın Nyu York şəhərindəki xəstəxanalardan birində intensiv müalicə alır.

Ötən ilin yayında almaniyalı çalışdırıcıya ağciyər xərçəngi diaqnozu qoyulub.

Qeyd edək ki, Kristof Daum 1994-1996 və 2001-2002-ci illərdə "Beşiktaş"ın, 2003-2006 və 2009-2010-cu illərdə isə "Fənərbağça"nın sükanı arxasında olub.

Geri qayıt