Qelebə.az / Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir

Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir

20-05-2023, 10:08

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, həlledici oyunda "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək ilk final matçı saat 19:30-da başlayacaq.

Seriyanın növbəti görüşləri mayın 22-si, və 24-də gerçəkləşəcək. Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Qeyd edək ki, çempionatın bürünc medallarına "AAAF Xırdalan"ı məğlub edən NTD komandası sahib çıxıb.

Geri qayıt