Qelebə.az / Braziliyalı taekvondoçu: "Əsas hədəfim Azərbaycanda qızıl medal qazanmaqdır"

Braziliyalı taekvondoçu: "Əsas hədəfim Azərbaycanda qızıl medal qazanmaqdır"

20-05-2023, 12:59

"Əsas məqsədim Azərbaycanda qızıl medal qazanmaqdır".

"Report"un məlumatına görə, bunu braziliyalı taekvondoçu Larisa Rossi Bakıda keçiriləcək dünya çempionatındakı hədəfləri barədə danışarkən deyib.

53 kq-da çıxış edən 23 yaşlı idmançı bildirib ki, mundialda birinci yeri tutmaqla arzusunu həyata keçirmək istəyir: "Döyüşçü kimi ən güclü tərəfim zehnimdir. Dayanq üzərinə çıxanda çox aqressiv olur, ən yaxşı döyüşümü göstərmək istəyirəm. Rəqiblərimə böyük hesabla qalib gəlməyi xoşlayıram".

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.

Geri qayıt