Qelebə.az / Basketbol Liqası: “Gəncə” final seriyasının ikinci oyununda qələbə qazanıb

Basketbol Liqası: “Gəncə” final seriyasının ikinci oyununda qələbə qazanıb

22-05-2023, 21:41

Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.

“Report”un məlumatına görə, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.

Qarşılaşma bölgə təmsilçisinin 78:74 hesablı qələbəsi ilə bitib. Beləliklə, final seriyasında hesab bərabərləşib - 1:1.

Növbəti matç mayın 24-də gerçəkləşəcək.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Geri qayıt