2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimi günü şəhərdə asayişi 45 minə yaxın polis qoruyacaq.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Bundan əlavə, 400 müşahidə kamerasının quraşdırılacağı bildirilib. Açılış mərasimi iyulun 26-da Sena çayı üzərində baş tutacaq. Tədbiri sahildən təxminən 500 min tamaşaçının izləyəcəyi gözlənilir.
Qeyd edək ki, Paris-2024 26 iyul-11 avqustda təşkil olunacaq.