Qelebə.az / "Araz-Naxçıvan” klubuna kubok və medallar təqdim edilib - FOTO

"Araz-Naxçıvan” klubuna kubok və medallar təqdim edilib - FOTO

23-05-2023, 19:51

Azərbaycan I Divizionunda çıxış edən "Araz-Naxçıvan” klubu Naxçıvanda mərkəzi stadionda “Zaqatala” komandası ilə qarşılaşıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, oyunu stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və muxtar respublika sakinləri izləyiblər.

Oyundan sonra "Araz-Naxçıvan"a doğma meydanda kubok və medallar təqdim edilib. Çempion komandaya mükafatları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və Naxçıvan Futbol Federasiyasının prezidenti Vüqar Abbasov təqdim ediblər.

Sonra stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürov konsert proqramı ilə çıxış edib.

Geri qayıt