Qelebə.az / Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu baş tutacaq

Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu baş tutacaq

24-05-2023, 10:06

Azərbaycan Basketbol Liqasında bu gün final seriyasının üçüncü oyunu keçiriləcək.

"Report" xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər.

İlk görüşdə paytaxt təmsilçisi, ikinci qarşılaşmada isə gəncəlilər qələbə qazanıb. Hazırda seriyada hesab bərabərdir - 1:1.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Geri qayıt