Qelebə.az / AFFA İntizam Komitəsi Ramil Şeydayev və Todor Todoroskini cəzalandırıb

AFFA İntizam Komitəsi Ramil Şeydayev və Todor Todoroskini cəzalandırıb

25-05-2023, 13:25

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Ramil Şeydayevi ikisi şərti olmaqla üç oyunluq cəzalandırıb.

"QELEBE.AZ" xəbər verir ki, buna 27 yaşlı hücumçunun "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXV tur matçından sonra rəqib oyunçu Todor Todoroskiyə əl-qot atması səbəb olub.

"Köhlən atlar" 2400 manat məbləğində cərimələnib.

Bundan əlavə, Todoroski də əl-qol atdığı üçün eyni cəza ilə üzləşib. "Gənclik şəhəri" təmsilçisi Şimali Makedoniyadan olan futbolçuya görə 2400 manat ziyana düşüb.

Geri qayıt