Qelebə.az / Yorğa atları üzrə respublika birinciliyi keçiriləcək

Yorğa atları üzrə respublika birinciliyi keçiriləcək

26-05-2023, 18:56

Mayın 28-də Müstəqillik Gününə həsr olunmuş yorğa atları üzrə respublika birinciliyi keçiriləcək.

"QELEBE.AZ"un məlumatına görə, Binə Atçılıq Mərkəzində təşkil olunacaq turnirdə ölkənin müxtəlif rayonlarından 40-dan çox ən güclü at gücünü sınayacaq.

Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə baş tutacaq yarış 6 müxtəlif məsafəyə görə bölünüb. Hər məsafədə yaşından, hazırlığından asılı olaraq, 8-15 at gücünü sınayacaq.

Qeyd edək ki, saat 11:00-da start götürəcək birinciliyə giriş sərbəstdir.

Geri qayıt