Qelebə.az / Azərbaycan Basketbol Liqası: “Gəncə” final seriyasında hesabı bərabərləşdirib

Azərbaycan Basketbol Liqası: “Gəncə” final seriyasında hesabı bərabərləşdirib

26-05-2023, 21:34

Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.

Rəqibini 93:90 hesabı ilə məğlub edən bölgə təmsilçisi ümumi hesabı bərabərləşdirib - 2:2.

Final seriyasının sonuncu - beşinci görüşü mayın 30-da gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Geri qayıt