Qelebə.az / Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib - FOTO

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib - FOTO

3-06-2023, 12:06

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

QELEBE.AZ saytının məlumatına görə, mundialın altıncı gündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

74 kq çəkidə qüvvəsini sınayan Eltac Qafarov 1/16 finalda Vasilliy Peruniçiçlə (Monteneqro) üz-üzə gəlib. Döyüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/8 finalda norveçli Sebastian Tune ilə döyüşəcək.

62 kq-da qüvvəsini sınayan Fatimə Məcidova da mundailda debüt görüşünə 1/16 finaldan başlayıb. İtaliyalı Kristina Kaspa ilə döyüşən təmsilçimiz məğlubiyyətə üzülüb.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Geri qayıt