Qelebə.az / "Çelsi" 16 yaşlı futbolçunu transfer edib

"Çelsi" 16 yaşlı futbolçunu transfer edib

5-06-2023, 18:50

İngiltərənin "Çelsi" klubu Ekvadorun "İndependyente" komandasının futbolçusu Kendri Payesi transfer edib.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

O, "zadəganlar"a 2025-ci ildə - 18 yaşı tamam olduqdan sonra qoşulacaq.

Qeyd edək ki, Kendri Payes bu mövsüm "İndependyente"nin əsas komandasında 6 oyun keçirib və 1 qol vurub. Bundan başqa, futbolçu Ekvadorun gənclər yığmasının heyətində U-20 dünya çempionatında 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt