Qelebə.az / Bakıda keçiriləcək beynəlxalq atletika yarışının vaxtı bəlli olub

Bakıda keçiriləcək beynəlxalq atletika yarışının vaxtı bəlli olub

7-06-2023, 18:08

Bu il Bakıda keçiriləcək əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq atletika memorialının vaxtı açıqlanıb.

"Report" Türkiyə Atletika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış 9-10 apreldə təşkil olunacaq.

Qardaş ölkəni memorialda 6 idmançı təmsil edəcək. Türkiyə yığması Azərbaycan paytaxtına iyunun 8-də gələcək.

Qeyd edək ki, turnir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək.

Geri qayıt